Türkiyədə koronavirus testindən keçənlərin sayı üç milyona yaxınlaşır
Ankara, 16 iyun, AZƏRTAC
Türkiyədə yeni növ koronavirusla (COVID-19) bağlı gündəlik testlərin aparılması davam edir. İyunun 16-da ümumilikdə 46 min 800 nəfər yoxlamadan keçirilib. Onlardan 1467 nəfərdə virus aşkarlanıb.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, gün ərzində 1015 nəfər sağalıb, 17 nəfər dünyasını dəyişib.
Bu vaxtadək 2 milyon 721 min 3 nəfər koronavirus testindən keçirilib. Onlardan 181 min 298 nəfərdə virus aşkar olunub. Hazırda 732 nəfər reanimasiyada, 303 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır. İndiyədək bu virusdan 4 min 842 xəstə dünyasını dəyişib, 153 min 379 xəstə sağalıb.
Qeyd edək ki, Türkiyədə koronavirus məhdudiyyətləri ilə bağlı normallaşma prosesi davam edir. Gündəlik ölüm sayı nisbətən sabit olsa da, yoluxmada kəskin artım müşahidə olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]
Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]