DÜNYA
Türkiyədə koronavirusa qarşı vaksinasiya 63 milyon dozanı ötüb
Ankara, 18 iyul, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq olunan kütləvi peyvəndləmənin sürətləndirilməsi tədbirləri virusun yayım dinamikasına əks təsir göstərib.
AZƏRTAC xəbər verir ki, iyulun 18-də Türkiyə vaxtı ilə saat 19:45-ə (Bakı vaxtı ilə saat 20:45) qədər ölkə üzrə COVID-19 infeksiyasına qarşı tətbiq olunan peyvəndin sayı 63 milyon 310 min 307 dozaya çatıb. Bu həftə içərisində ümumilikdə 5 milyon 557 min 815 doza peyvənd vurulub.
İkinci doza peyvənd sayının 20 milyon 735 min 416 çatması infeksiyaya qarşı vaksinlə kütləvi mübarizədə böyük ümidlər yaradıb.
Qeyd edək ki, Türkiyədə artıq 3-cü doza peyvəndləmə də tətbiq olunur.