Türkiyədə koronavirusdan sağalananların sayı 130 minə yaxınlaşır
Ankara, 2 iyun, AZƏRTAC
Türkiyədə yeni növ koronavirusa (COVID-19) yoluxanların müalicəsində böyük nəticələr müşahidə olunur. İyunun 2-nə qədər ölkə üzrə sözügedən virusdan sağalanların sayı 129 min 921 nəfərə çatıb.
AZƏRTAC Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, iyunun 2-də ölkədə 32 min 325 nəfər testdən keçirilib. Onlardan 786 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 974 nəfər sağalıb, 22 nəfər dünyasını dəyişib. Gündəlik sağalanların sayında yüksəliş, ölüm halında aşağı düşmə müşahidə olunur.
Bu vaxtadək 2 milyon 103 min 044 nəfər koronavirus testindən keçirilib. Hazırda 633 nəfər reanimasiyada, 271 xəstə süni nəfər aparatına qoşulmuş haldadır. İndiyədək bu virusdan 4 min 585 xəstə dünyasını dəyişib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]