Türkiyədə mərc oyunlarına görə 212 nəfərin adı İntizam Komitəsinə göndərilib
Bakı, 7 yanvar, AZƏRTAC
Türkiyə Futbol Federasiyası (TFF) mərc oyunlarında iştirak etdiklərinə görə 108 texniki işçi və 104 menecerin adını Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərib.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, həmin şəxslərin son 5 ildə peşəkar liqalarda çalışdıqları dövrdə idman oyunlarına pul qoyuluşu etdikləri aşkarlanıb.
Onların arasında Hakan Kələş, Məhmət Altıparmak, Sərcan Yıldırım, Tanər Gülleri və İlkər Avcıbay kimi tanınmış adlar da var.
TFF-nin açıqlamasında qeyd olunub ki, bu şəxslər barədə araşdırma Futbol İntizam Təlimatının 57-ci maddəsinə əsasən aparılıb və bu gündən etibarən tədbir görülməsinə qərar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]