Türkiyədə meşə yanğınlarının baş verdiyi ərazilərdən 50 mindən çox insan təxliyə edilib
Ankara, 30 iyun, AZƏRTAC
Türkiyənin Hatay, Bilecik və İzmir vilayətlərində meşə yanğınları səbəbindən 50 mindən çox insan təxliyə olunub. Onlar müvəqqəti olaraq respublikanın təhlükəsiz ərazilərində yerləşdiriliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 30-da Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi (AFAD) fəlakət zonasında yaşayanların təcili ehtiyacları üçün 60 milyon lirə vəsait ayırıb.
Meşə yanğınlarının söndürülməsində minlərlə insan iştirak edir, həmçinin təyyarə və helikopterlər cəlb olunub.
Prokurorluq orqanları yanğınların başvermə səbəblərini araşdırmağa davam edir, saxlanılanlar var.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]