Türkiyədə pilot təhsili alan qızların sayı artır
İstanbul, 6 mart, Günel Karatepe, AZƏRTAC
Türk Hava Qurumu Universiteti hava nəqliyyatı fakültəsinin pilotluq bölməsində təhsil alan qızların sayı artır. Hazırda bölmədəki hər üç tələbədən biri qadındır.
AZƏRTAC xəbər verir ki, bu barədə universitetin rektoru professor Rahmi Er bildirib.
Qız tələbələrin olduqca yüksək performans göstərdiklərini qeyd edən rektor deyib ki, ingilis dilində 220 saat uçuş təhsili alan məzunlar həm universitet diplomu, həm də bütün dünyada qüvvədə olan təyyarə pilotu lisenziyası əldə edirlər.
Universitetin uçuş tədris koordinatoru, pilot-təlimatçı Mehmet Tuncay 2011-ci ildə pilotluq bölməsində 6 qız tələbənin təhsil aldığı halda, 2023-cü ildə bu rəqəmin 18-ə yüksəldiyini və hər il artdığını bildirib. Qeyd edilib ki, universitetin fəaliyyətə başladığı 2011-ci ildən indiyədək bu bölmədən 323 tələbə məzun olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]