TÜRKİYƏDƏ SEL VƏ QAR UÇQUNLARI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, havaların istiləşməsi nəticəsində ölkənin bir çox rayonlarında qar uçqunları və daşqınlar baş vermişdir. Qars və Muş vilayətlərində selə görə məktəblərdə dərslər müvəqqəti dayandırılmışdır. Son günlər baş verən sel və daşqınlar nəticəsində şəhər, qəsəbə və kəndlərdə 685 ev boşaldılmış, 57 min 300 vətəndaş müxtəlif dərəcədə ziyan çəkmişdir. Muş vilayətindəki əkin sahələrinin üçdə ikisi su altında qalmışdır. Konya vilayətinin Ereyli rayonunda isə güclü tufan Xalid Qalkan adına məktəbin damını uçurtmuşdur.
Ərzurum vilayətində Pasinlər çayı daşmışdır. Ərdəhanda isə 49 kəndin su və elektrik təchizatı pozulmuşdur. Ölkənin bir çox nəqliyyat magistrallarında bərpa işləri aparılır. Meteoroloqların məlumatına görə, bu həftə də ölkənin müxtəlif bölgələrində güclü yağışlar və qar gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]