Türkiyədə Xocalı faciəsini qınama bəyanatı adlı sənədin imzalanmasına başlanılıb
Ankara, 27 fevral, AZƏRTAC
Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH) İctimai Birliyinin təşəbbüsü ilə Türkiyənin müxtəlif ali məktəblərində çalışan 100 professor və dosent Xocalı faciəsini qınama bəyanatı adlı sənədi imzalayıb.
AZƏRTAC xəbər verir ki, sənədin girişində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı aktı barədə məlumat verilir. Alimlər tələb edirlər ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, beynəlxalq ictimaiyyət Xocalı soyqırımına ədalətli mövqe sərgiləməlidir.
AGAH-ın sədri Təbriz Raufoğlu bildirib ki, imza üçün açıq olan bəyanat cari ilin sonunda BMT və digər beynəlxalq təşkilatlara göndəriləcək. Bundan başqa, proses barədə dünya ictimaiyyətini davamlı məlumatlandırmaq üçün müvafiq adda saytın yaradılması nəzərdə tutulub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]