Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədəki tələbələrimiz: dar gündə Azərbaycan dövlətinin bizə qayğı göstərməsindən qürur duyuruq

Türkiyədəki tələbələrimiz: dar gündə Azərbaycan dövlətinin bizə qayğı göstərməsindən qürur duyuruq

Ankara, 15 aprel, AZƏRTAC

Dünyada sürətlə yayılan koronavirus (COVID-19) pandemiyasının ən böyük problem yaratdığı sahələrdən biri də təhsillə bağlıdır. Türkiyə hökumətinin koronavirusun yayılmasına qarşı tətbiq etdiyi metodlar çərçivəsində tələbə yataqxanalarının bir qismi karantin məntəqələrinə çevrildi. Bu qərar, sözsüz ki, qardaş ölkədə təhsil alan soydaşlarımıza təsir etməyə bilməzdi. Ən azı ona görə ki, Türkiyədə ümumilikdə 20 mindən yuxarı Azərbaycan vətəndaşı ali təhsil alır.

AZƏRTAC xəbər verir ki, tələbələrimizin bir qismi koronavirusla mübarizənin ilk günündən başlayaraq Türkiyəni tərk etmək yolunu tutsalar da, onların böyük əksəriyyəti, yəni təxminən 19 mindən çoxu məlum pandemiya probleminə olduqca anlaşıqlı yanaşaraq, demək olar, əsl ziyalı mövqeyi nümayiş etdirdilər. Problemin ilk günlərindən Türkiyədə qalmaq və təhsili davam etdirmək ən düzgün seçim kimi tövsiyə olunurdu. Bütün bunlarla bərabər, Azərbaycan hökuməti tərəfindən Türkiyədəki vətəndaşlarımıza, eləcə də tələbələrimizə dair məsələlərin həlli üçün çevik qərarlar qəbul olundu. Bu barədə aydın təsəvvür yaratmaq üçün əvvəlcə Azərbaycanın Türkiyədəki səfirliyinin məsələ ilə bağlı yaydığı məlumatlardan bir cümləni təqdim edək: “Hazırkı pandemiya şəraitində Azərbaycan ilə Türkiyə arasında hava və quru nəqliyyatı ilə daşımaların həyata keçirilmədiyini nəzərə alaraq, ölkə rəhbərliyinin tapşırığına əsasən bu dövr ərzində vətəndaşlarımıza dəstək göstərilməsi məqsədilə onlara aprelin 1-dən etibarən Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət etmələri üçün imkan yaradılıb”.

Hazırda yaşayış və təhsil prosesləri ilə maraqlanmaq üçün tələbələrimizin bəziləri ilə telefon əlaqəsi qurduq. İndi yuxarıda bəhs etdiyimiz prosesin real nəticəsini azərbaycanlı tələbələrin ifadələri ilə təqdim etmək niyyətindəyik. Yaşadığı yataqxana karantin mərkəzinə çevrildiyi üçün əvvəlcə Azərbaycana getmək istəyən Samsun On Doqquz May Universitetinin Tibb fakültəsinin birinci kurs tələbəsi Oğuz Əliyev: “Etiraf edirəm ki, virusun geniş yayıldığı ilk günlərdə Azərbaycana qayıtmaq niyyətində idim. Vəziyyəti təhlil edəndən sonra, eləcə də məsləhətlər əsasında qərara gəldim ki, təhsilimi davam etdirmək üçün universitet rəhbərliyinin qəbul etdiyi qərarlara uyğun addımlar atmalıyam. Bir neçə gün ərzində yeni bir yataqxanada otaqla təmin olundum. Dərslərimiz internet üzərindən davam edir. Bunun üçün yataqxanada sürətli internetlə təmin olunmuşuq. Yataqxanada yerləşəndən sonra Azərbaycanın Türkiyədəki səfirliyinin ərzaq yardımı paketini aldıq. Sözün həqiqi mənasında, qürur duyuram ki, belə çətin bir şəraitdə Azərbaycan dövləti bizim yanımızda oldu, əsaslı bir dəstək gördük”.

Ankara Universitetinin Psixologiya fakültəsinin dördüncü kurs tələbəsi Nigar Novruzlu isə Türkiyə paytaxtında kirayədə yaşayır. Hazırda təhsilini distant üsulla davam etdirən tələbəmiz fikirlərini belə bölüşdü: “Universitet rəhbərliyinin qərarına görə, imtahanlar kağız üzərində aparılacaq. Hələlik vaxt və mexanizm açıqlanmayıb. Hesab edirəm ki, xarici ölkələrdə yaşamaq şəraiti olan bütün tələbələrimiz üçün ən məqbul variant olduqları yerdə qalıb təhsillərini davam etdirməsi idi. Prosesin ilk günündən Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları tələbələrimizə aid məsələlərlə maraqlandılar. Ərzaq yardımı paketi çatdırıldı. Burada məsələ yalnız qida yardımı almaqda deyil. Ən əsası odur ki, dar gündə, çətin anda Azərbaycan dövləti yanımızda oldu. Fürsətdən istifadə edərək universitetimizin rəhbərliyinə də səmimi təşəkkürümü çatdırıram. İlk andan tövsiyə etdilər ki, xarici tələbələr üçün sağlamlıqlarının təhlükəsizliyi və təhsillərinin normal davam etməsi üçün ən münasib hal Ankaranı tərk etməməkdir”.

Ankara Universitetinin Psixologiya fakültəsinin birinci kurs tələbəsi Leman Sadıqzadə də digər tələbələrimizlə eyni mövqedədir. Onun dedikləri: “Hazırda dərslərimiz onlayn davam edir. Hələlik cari ilin ikinci sessiyasına dair imtahanların necə olacağını bilmirik. Ən əsası odur ki, dərslərimiz proqram üzrə keçirilir. Virusla bağlı olduqca həyəcanlı günlər yaşadıq. İndi əvvəl yaşadığım yataqxanada deyil, tələbə yoldaşımın yanında məskunlaşmışam. Çox təşəkkür edirəm ki, belə çətin məqamda Azərbaycanın Türkiyədəki səfirliyindən dəstək aldıq, ərzaq yardımı çatdırdılar. Bütün bunlara görə dövlətimizə minnətdarlığımı bildirirəm. Həyəcanlı günləri arxada qoyduq. Əminik ki, tezliklə həyat normal axarına düşər. Məncə, tələbələr üçün ən düzgün qərar yaşamaq şəraiti olduğu halda təmsil olunduğu ölkədə qalıb təhsili davam etdirməkdir”.

Yıldırım Beyazit Universitetinin Tibb fakültəsinin ikinci kurs tələbəsi Emin Məhəmmədli də qəbul olunmuş qərarlar əsasında hazırda təhsilini Ankarada davam etdirir. Onun söylədikləri: “Böhranlı günlərdə ərzaq təminatı ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyindən göstərilən yardıma görə, bu işdə zəhməti olan hər kəsə təşəkkür edirəm. Çox qürurvericidir ki, dara düşdüyümüz bir vaxtda bütün çətinliklərə baxmayaraq dövlətimiz bizə dayaq oldu, özümüzü diqqət və qayğı içərisində gördük”.

Xatırladaq ki, qlobal xarakter daşıyan COVID-19 pandemiyası ilə əlaqədar bu il martın 15-də saat 00:00-dan etibarən Azərbaycan və Türkiyə arasında uçuşlar dayandırılıb, sərhədlər müvəqqəti bağlanılıb. Ötən müddətdə Türkiyədəki vətəndaşlarımızın təxliyəsi, onlara aid hüquqi məsələlərin həlli, eləcə də yataqxanası karantin mərkəzinə çevrilən tələbələrin yeni yaşayış yerləri ilə təmin olunması, aztəminatlı, həmçinin müvəqqəti çətinliyi olan tələbələrə ərzaq yardımı edilməsi istiqamətində əsaslı işlər görülüb. Ən əsası odur ki, özlərinin dedikləri kimi Azərbaycan dövlətinin diqqət və qayğısından məmnun qalan gənclərimiz baş verən proseslərə ayıq gözlə baxır, təhsillərini həvəslə davam etdirir, nikbinliklərini qoruyurlar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO