Türkiyədən qanunsuz yollarla Avropa ölkələrinə getmək istəyən 109 miqrant saxlanılıb
İstanbul, 4 aprel, AZƏRTAC
Türkiyənin İzmir vilayətində dənizə yola çıxmaq üzrə olan qəzalı bir qayıqdan 109 miqrant çıxarılıb.
AZƏRTAC xəbər verir ki, Əfqanıstan və İran vətəndaşları olan bu şəxslərin qanunsuz yollarla Türkiyə ərazisini tərk edərək Avropa ölkələrinə, xüsusilə İtaliyaya getmək istədikləri müəyyən edilib. Onlara köməklik etməkdə şübhəli bilinərək saxlanılan dörd nəfərdən üçü həbs edilib.
Aralarında hamilə qadınlar və uşaqların da olduğu miqrantlar ölkələrinə geri göndərilmələri məqsədilə aidiyyəti qurumlara təhvil veriliblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]