Türkiyəli tanınmış futbolçu sabiq klubuna məşqçi kimi qayıdıb
Bakı, 29 dekabr, AZƏRTAC
Türkiyənin "Antalyaspor" komandası ilə yollarını ayıran Nuri Şahin Almaniyanın "Borussiya” (Dortmund) klubuna məşqçi təyin olunub.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis sabiq komandasının baş məşqçisi Edin Terziçin texniki heyətində yer alacaq. Onunla yanaşı, “sarı-qaralar”ın digər keçmiş futbolçusu Sven Bender də eyni vəzifədə çalışacaq. Hər iki veteran futbolçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, 2001-ci ildə “Borussiya”ya transfer olan Nuri Şahin fasilələrlə ümumilikdə 11 il dortmundluların formasını geyinib. Sven Bender isə 2009-2017-ci illərdə Almaniya nəhəngində çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]