Türkiyənin 12 şəhərində mütəşəkkil cinayətkar dəstələrlə əlaqədə şübhəli bilinən 230 şəxs saxlanılıb
Ankara, 30 iyun, AZƏRTAC
Türkiyənin hüquq-mühafizə orqanları mütəşəkkil cinayətkar dəstələrin üzvlərinə qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkələrdə ölkənin 12 şəhərində mütəşəkkil cinayətkar dəstələr ilə əlaqədə şübhəli bilinən ümumilikdə 230 nəfərin saxlanıldığını, onlardan 93-nün məhkəmə qərarı ilə həbs edildiyini bildirib.
Əməliyyatlar Hatay, Qaziantep, Konya, Muğla, Tokat, Amasya və digər vilayətləri əhatə edib.
Nazirin sözlərinə görə, söhbət 12 müxtəlif cinayətkar dəstədən gedir. Onlara məxsus 27 nəqliyyat vasitəsi, bir ticarət obyekti və iki torpaq sahəsinin üzərinə həbs qoyulub.
Saxlanılan şəxslərin üzərində dövlət qeydiyyatına alınmamış silah və narkotik vasitələr olduğu müəyyən edilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]