Türkiyənin 37 vilayətində ixrac məhsullarının həcmi artıb
Ankara, 14 aprel, AZƏRTAC
Türkiyə Ticarət Nazirliyinin məlumatında bildirilir ki, yanvar-mart aylarında ölkənin 37 vilayətində ixrac məhsullarının həcmində artım qeydə alınıb.
AZƏRTAC bu barədə qardaş ölkənin ixracla bağlı son məlumatlarına istinadla xəbər verir.
Ticarət Nazirliyinin məlumatına görə, birinci rübdə 15 vilayətdən Türkiyə məhsulunun ixracının həcmi 1 milyard dollardan çox olub.
İxrac həcminə görə İstanbul, Kocaeli və İzmir vilayətləri lider olaraq qalır.
Təkcə bu ilin mart ayında İstanbuldan 4 milyard 884 milyon dollarlıq ixrac məhsulu göndərilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,7 faiz çoxdur.
Ötən ay Kocaelidən ixrac 3 milyard dollar (3,8 faiz çox), İzmirdən isə 2,2 milyard dollar (9,5 faiz azalma) olub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]