Türkiyənin “ANKA III” PUA-sı HÜRJET təyyarəsi ilə birgə uçuş həyata keçirib
Ankara, 6 iyun, AZƏRTAC
Türkiyənin hücum pilotsuz uçuş aparatının (PUA) yeni modifikasiyası olan “ANKA III” bu ölkənin müdafiə sənayesinin daha bir nailiyyəti - səsdən sürətli uçan HÜRJET reaktivi təyyarəsi ilə birlikdə sınaq uçuşuna cəlb edilib.
AZƏRTAC xəbər verir ki, TUSAŞ aerokosmik şirkətinin sosial şəbəkələrdəki səhifəsində onların 7 min fut (2,1 kilometrdən çox) hündürlükdə 50 dəqiqəlik uçuşunu əks etdirən görüntülər yerləşdirilib.
Şirkət videoya dair izahatda səkkiz “ANKA III” hücum PUA-sı və 66 ədəd HÜRJET təyyarəsinin artıq istehsal edildiyini bildirib.
“ANKA III” PUA-sının ilk uçuşu 2023-cü il dekabrın 28-də həyata keçirilib və hazırda onun sınaqları davam etdirilir.
Türkiyə şirkəti pilotlu təyyarələrdən PUA-ların monitorinqi proqramını həyata keçirməyi də hədəfləyir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]