Türkiyənin Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb
Bakı, 21 aprel, AZƏRTAC
Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağcı vəzifəsinin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə səfirliyinin “Twitter” səhifəsində bildirilib.
Qeyd olunub ki, aprelin 19-da Bakıya gələn diplomatın səfirlikdə qarşılanma mərasimi keçirilib.
Səfirliyin kollektivinə təqdim olunduqdan sonra Cahit Bağcı səlahiyyətlərinin icrasına başlayıb.