TÜRKİYƏNİN BAŞ NAZİRİ AVROPA İTTİFAQININ HƏR HANSI YENİ ŞƏRTİNİN QƏBUL EDİLMƏYƏCƏYİNİBİLDİRMİŞDİR
“Türkiyənin gələcəkdəki addımları” mövzusunda keçirilmiş dəyirmi masada çıxış edən Rəcəb Tayyib Ərdoğan, XXI əsrlə gələn qloballaşmanın özü ilə Yaxın Şərqdəki problemlərlə yanaşı bir sıra ciddi risk və təhlükələr gətirdiyini də qeyd etmişdir. Onun sözlərinə görə, bu təhlükələrin qarşısı yalnız qarşılıqlı əməkdaşlıqla alına bilər ki, Türkiyənin quruma üzvlüyü bu istiqamətdə böyük bir imkandır. Oktyabrda ilkin sınaq müddətinin başa çatmasından sonra başlanacaq müzakirələrin də çox çətin olacağını diqqətə çatdıran Baş nazir, eyni zamanda, Türkiyənin bu müzakirələrdə Aİ strukturları ilə sıx əməkdaşlıq etmək niyyətində olduğunu söyləmişdir. O, habelə rəsmi Ankaranın islahatları uğurla davam etdirdiyini, hökumətin bu istiqamətdə geriyə addım atmayacağını vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]