TÜRKİYƏNİN ENERJİ NAZİRİ ABŞ-DA ATOM ENERJİ STANSİYASILAYİHƏSİNİ MÜZAKİRƏ EDƏCƏKDİR
Qardaş ölkənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər Türkmənistan qazının alınması ilə bağlı Aşqabadda apardığı danışıqlardan sonra Ankaranın gündəmində atom enerji stansiyası layihəsi də yer almaqdadır. Nazir H.Gülərin fevralın 9-da Birləşmiş Ştatlara səfəri zamanı bu layihənin həyata keçirilməsində ABŞ şirkətlərinin fəal iştirakı məsələsi müzakirə olunacaqdır.
Bu stansiya ilə yanaşı, istilik və su elektrik stansiyalarının tikintisi, kömür istehsalı sahələrinin özəlləşdirilməsi, Samsun-Ceyhan və TransTrakya neft kəmərlərinin inşası məsələləri də Türkiyənin enerji siyasətinin əsas istiqamətləri kimi müzakirə olunacaqdır. Hilmi Gülər, habelə ölkədə neft yataqlarının kəşfiyyatı ilə bağlı Exxon Mobil, bp və Şevron şirkətləri ilə danışıqlar aparacaqdır.
Hazırda Türkiyənin illik enerji sərfi 8 faiz artmışdır. Yaxın 10 ildə 40 min meqavatlıq enerji təminatı üçün Ankara nüvə enerjisindən istifadə etməyi qərara almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]