Türkiyənin hərbi tədris müəssisələrinin nümayəndə heyəti ölkəmizdə səfərdədir
Bakı, 18 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2014-cü il üçün hərbi əməkdaşlıq Planına uyğun olaraq Türkiyənin hərbi tədris müəssisələrinin zabit, gizir və kursantlarından ibarət nümayəndə heyəti ölkəmizə tanışlıq səfərinə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində qonaqlar sentyabrın 18-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar.
Türkiyə nümayəndə heyəti Hərbi Liseyin komandanlığı ilə görüşüb və onlara məktəb haqqında məlumat verilib.
Qonaqlar məktəbin ərazisi, tədris korpusları, maddi-texniki bazası, liseyin muzeyini gəzib, tədris prosesi ilə tanış olublar.
Sonda türkiyəli qonaqlara lisey adından xatirə hədiyyəsi təqdim edilib.
Səfər sentyabrın 20-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]
Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə məşqlərin gedişatını izləyib VİDEO
- 24.09.2026 [18:58]