Türkiyənin tanınmış modelləri Bakıya gəlir
Bakı, 17 fevral, AZƏRTAC
Dünyanın tanınmış modellərinin iştirakı ilə Türkiyənin ən böyük moda festivalına təşkilatçılıq edən “Dosso Dossi Fashion Show” bu dəfə Azərbaycanda moda festivalı keçirəcək.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, tədbirin martın 1-3-də Bakı Ekspo Mərkəzdə təşkili nəzərdə tutulur.
Dəfilədə Türkiyənin 40 şirkətinin məşhur modelləri türk dizaynerlərinin 2018-ci ilin yaz-yay geyimlərini nümayiş etdirəcəklər.
Dəfilədən sonra konsert təqdim ediləcək.
"Dossa Dossi Fashion Show" holdinqin idarə heyətinin sədri Hikmət Eraslan ölkədən kənarda ilk tədbirin qardaş Azərbaycanda keçirilməsindən məmnunuq hissi duyduğunu deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]
Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]