Türkiyəyə qardaş köməyi: Qusarlılar da humanitar kampaniyaya qoşulublar
Qusar, 13 fevral, Elxan Yusifli, AZƏRTAC
Qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə humanitar yardım kampaniyasına ölkəmizin digər bölgələri kimi, Qusar rayonu da qoşulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusardan olan ayrı-ayrı iş adamları, şəhid anaları, qazilər, sadə vətəndaşlar Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün tibbi ləvazimatlar, qış paltarları, yorğan-döşək, məişət avadanlıqları, zəruri gigiyenik vasitələr və ərzaq yardımları toplayıblar.
Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən kampaniya çərçivəsində ümumilikdə 104 min manatlıq yardım yığılıb.
Toplanan yardımlar bu gün xüsusi ayrılmış nəqliyyat vasitəsilə Qusar şəhərindən Bakıya yola salınıb.