Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkmənistan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı tərəfdaşlığı yeni mərhələyə daşıyır ŞƏRH

Türkmənistan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı tərəfdaşlığı yeni mərhələyə daşıyır  ŞƏRH

Bakı, 24 iyun, AZƏRTAC

Son illərdə Türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsi Azərbaycan-Türkmənistan əlaqələrinə də tamamilə yeni bir dinamika qazandırıb. İki ölkə arasındakı qarşılıqlı etimad, iqtisadi-ticari dövriyyənin artması, tranzit-nəqliyyat sahəsindəki layihələr bu tərəfdaşlığın genişləndirilməsində mühüm rola malikdir. Xüsusən də Xəzərdəki "Dostluq" yatağının müştərək kəşfiyyatına və işlənilməsinə dair əldə edilmiş tarixi razılaşma iki ölkə arasındakı potensialın nə dərəcədə geniş olduğunu nümayiş etdirib. İndi isə hər iki dövlət öz əməkdaşlıq coğrafiyasını daha da genişləndirərək, həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində daha institusional mərhələyə daşımaqdadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan arasında münasibətlər sadəcə iki qonşu dövlətin diplomatik əlaqələri deyil, eyni kökdən, ortaq tarixdən, mədəniyyətdən və mənəvi dəyərlərdən qaynaqlanan sarsılmaz qardaşlıq bağlarının təzahürüdür. Müstəqillik illərindən bəri hər iki dövlət öz suverenliyini möhkəmləndirməklə yanaşı, ikitərəfli əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri isə hər iki ölkənin diplomatik əlaqələr tarixində mühüm bir siyasi hadisə kimi tarixə düşdü. Səfər çərçivəsində Bakıda reallaşan təkbətək və geniş tərkibli görüşlər zamanı aparılan səmərəli müzakirələr tərəflərin regional və qlobal proseslərə baxış bucağının uzlaşdığını deməyə əsas verir. Geniş tərkibli danışıqlarda energetika, logistika, kənd təsərrüfatı, rəqəmsallaşma və humanitar sahələrdə real hədəflər müəyyən olundu. Birgə mətbuat konfransı zamanı isə Prezident İlham Əliyevin çıxışı və səsləndirdiyi fikirlər ikitərəfli əlaqələrin tarixinə nəzər yetirilməsi, bu münasibətlərin gələcək inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.

“Dövlətimizin başçısı ilk növbədə Türkmənistanın Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun iki ölkə arasındakı münasibətlərin inkişafındakı müstəsna xidmətlərini vurğulayaraq, ötən ilin iyulunda ölkəmizə səfər edərkən onun Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürməsini Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi olduğunu qeyd etdi. Gələn ay Türkmənistanda iqtisadiyyatla bağlı Hökumətlərarası Komissiyanın iclası keçiriləcəyi, yeni birgə həllər və layihələrin reallaşdırılması mərhələsinə keçid ediləcəyi vurğulandı. Bundan başqa, çıxışda mədəniyyət sahəsindəki dinamizmə toxunularaq, Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin, Azərbaycanda isə Türkmənistan Mədəniyyət Günlərinin keçirilməsinin xalqlarımızın bir-birinə nə qədər yaxın olduğunun nümayişi kimi qeyd edildi. Prezident İlham Əliyev, həmçinin nəqliyyat-logistika sahəsində əməkdaşlığa diqqət çəkərək, mühüm mesajlar səsləndirdi. Dövlətimizin başçısı məhz qarşılıqlı siyasi fəaliyyət sayəsində səylərin birləşdirilməsinin mümkünlüyünü qeyd edərək, artıq bu sahədə əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını və geniş coğrafiya üçün strateji əhəmiyyətə malik olduğunu vurğuladı”, - deyə deputat xatırladıb.

Z.Şükürov bildirib ki, dövlət səfərinin ən praktik və hüquqi nəticəsi iki ölkə arasında strateji sahələri əhatə edən sənədlərin - prezidentlərin Birgə Bəyanatının, həmçinin bir çox sahələrdə əməkdaşlıqla bağlı sənədlər paketinin imzalanması oldu. Xüsusilə vurğulanmalıdır ki, prezidentlər tərəfindən imzalanmış Birgə Bəyanat iki ölkənin gələcək siyasi-diplomatik fəaliyyətinin əsas konturlarını müəyyənləşdirir.

“Azərbaycan və Türkmənistan arasındakı münasibətlər çoxtərəfli formatda, xüsusən də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində böyük perspektivlər vəd edir. Türkmənistanın TDT-də müşahidəçi statusunda iştirakına baxmayaraq, onun təşkilatın fundamental layihələrinə inteqrasiyası müşahidə edilir. Rəsmi Bakı hər zaman Türkmənistanın Türk dünyasının tamhüquqlu inteqrasiya proseslərinə daxil olmasının fəal tərəfdarı kimi çıxış edir. Bu kontekstdə iki ölkənin birgə fəaliyyəti Türk dünyasının coğrafi və strateji cəhətdən birləşməsində mühüm rol oynaya bilər. Xüsusilə "Orta Dəhliz" (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsi çərçivəsində Bakı və Türkmənbaşı limanları arasında daşımaların həcminin artırılması hər iki dövləti qlobal logistik xəritənin mərkəzi oyunçusuna çevirir. Mərkəzi Asiya resurslarının bütövlükdə Türk dünyası coğrafiyası üzərindən Avropaya təhlükəsiz və şaxələndirilmiş yollarla çatdırılması regional asılılığı azaldır və iqtisadi suverenliyi gücləndirir”, - deyə o vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, Türkmənistan Prezidentinin səfərinin növbəti mərhələsi xüsusi rəmzi və siyasi məna kəsb edən hadisələrlə zəngin oldu. Dövlət başçıları birgə Qarabağa, konkret olaraq Füzuli və Şuşa şəhərlərinə səfər etdilər. Ali qonağın Füzuli Beynəlxalq Hava Limanında qarşılanması Qarabağın yenidən qurulan logistik gücünün, Qarabağın incisi sayılan Şuşa şəhərinə reallaşan ziyarət isə Türk dünyasının birliyinin sarsılmazlığının nümayişi oldu. Şuşa məscidinin ziyarəti mənəvi birliyin göstəricisi idisə, Füzuli şəhərində Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə inşasına başlanmış yeni məscid kompleksi bu qardaşlığın sübutu idi.

“Yekun olaraq qeyd edilməlidir ki, Xəzər dənizinin iki sahili arasında qurulan bu strateji körpü həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada davamlı sülhün, iqtisadi inkişafın və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verə bilər. Türk Dövlətləri Təşkilatının gücləndiyi və qlobal güc mərkəzlərindən birinə çevrildiyi müasir dövrdə Azərbaycan və Türkmənistan müəyyən məsələlərlə bağlı mövqelərini sinxronlaşdırırlar və bu tarixi səfər ortaq kökə, keçmişə malik olan hər iki dövlətin ortaq gələcək naminə sarsılmaz iradəsini nümayiş etdirir”, - deyə Z.Şükürov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir