Türkmənistan üzrə sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılacaq
Aşqabad, 14 iyul, AZƏRTAC
Türkmənistan üzrə sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkmənistanın Sənaye və Kommunikasiya Nazirliyinin “Türkməndəmiryollar” agentliyi bildirib.
AZƏRTAC xəbər verir ki, iyunun 16-dan 23-dək ölkə üzrə sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılacaq.
Bundan əvvəl Türkmənistan ərazisində sanitar-epidemioloji tədbirlərlə əlaqədar "Türkməndəmiryollar" sərnişin daşınmasına aid dəyişikliklər edilmişdi. Sərnişinlər sağlamlıq vəziyyəti haqqında arayış və ya polis sahəsindən icazə, həmçinin işçi ezamiyyətini təsdiq edən sənəd təqdim etməli idilər.
Xatırladaq ki, mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkmənistanda COVID-19 virusuna yoluxma hadisəsinin qeydə alınmamasını açıqlamışdı.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:04]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:03]
Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq
- 06.10.2026 [16:58]
Gürcüstanda yanacaq yenidən bahalaşıb
- 06.10.2026 [16:49]
İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb
- 06.10.2026 [16:19]
Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb
- 06.10.2026 [16:09]