Türkmənistanda paytaxt gününə həsr olunmuş sərgi keçirilir
Aşqabad, 26 may, AZƏRTAC
Türkmənistan Ticarət və Sənaye Palatasının sərgi mərkəzində "Ağ şəhər - Aşqabad" beynəlxalq sərgisi açılıb. Hər il mayın 25-də Aşqabad şəhərinin bayramı qeyd edilir və bu münasibətlə ənənəvi olaraq beynəlxalq sərgi keçirilir.
AZƏRTAC xəbər verir ki, Aşqabad Gününə həsr olunmuş sərgidə 100-ə yaxın şirkət və müəssisənin, nazirlik və idarələrin nümayəndələri iştirak edirlər.
Sərgi Aşqabadın turizm imkanları ilə tanış olmaq, Türkmənistan paytaxtında səyahət və istirahət sənayesinin inkişaf tendensiyaları haqqında ən son məlumat əldə etmək imkanı yaradır.
Qurbanqulu Berdiməhəmmədov sərgi iştirakçılarına müraciətində Türkmənistanın paytaxtının ölkənin inzibati, sənaye, təhsil, mədəniyyət mərkəzi kimi inkişafını davam etdirərək daha böyük hüdudlara çatacağını bildirib.
Sərgi öz işini bu gün başa çatdıracaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad