Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

TÜRKSOY-un Ankaradakı mərkəzi qərargahında “Nəsimi ili”nin açılış mərasimi keçirilib

Ankara, 6 mart, AZƏRTAC

Ümummilli lider Heydər Əliyev İmadəddin Nəsimi şəxsiyyətinə və yaradıcılığına həmişə böyük ehtiramla yanaşıb.

AZƏRTAC xəbər verir ki, bu fikir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı mənzil qərargahında keçirilən “Nəsimi ili”nin açılış mərasimində səslənib.

Nazirlər, digər ali vəzifəli şəxslər, səfirlər, diplomatik korpusun məhsul əməkdaşları, görkəmli ədəbiyyatçılar, QHT və KİV təmsilçilərinin iştirak etdikləri mərasim Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən birgə təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə İmadəddin Nəsiminin yaradıcılığına həsr edilmiş kitab sərgisinə baxıblar.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Nəsiminin XV əsrə aid əlyazmalarının surətləri, dahi şairin 1844-cü və 1881-ci illərdə Türkiyədə ilk dəfə çap edilən kitabları, 1926-cı ildə Bakıda nəşr edilmiş ilk əsəri, Nəsiminin dünya xalqlarının dillərinə tərcümə olunaraq müxtəlif ölkələrdə çap olunmuş əsərləri, eləcə də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə nəfis şəkildə buraxılmış iki cildliyi və digər kitablar barədə məlumat verib.

Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, 2019-cu ilin türkdilli ölkələr üçün “Nəsimi ili” elan olunması haqqında qərar Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ötən ilin dekabrında təşkilata daxil olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasında qəbul edilib. Hər il təşkilatda iki ölkənin görkəmli ədəbiyyat və mədəniyyət xadiminə həsr olunmuş illərin keçirilməsi artıq ənənə halını alıb. Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunan tədbirlərin həm Türkiyədə, həm də digər türkdilli ölkələrdə keçirilməsi təqdirəlayiqdir. Bu tədbirlərdə Azərbaycanın Mədəniyyət Nazirliyi və Milli Kitabxanası çox fəal iştirak edirlər. Məhz bunun nəticəsidir ki, təşkilat hər iki qurum ilə birlikdə Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, İlyas Əfəndiyev, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Molla Pənah Vaqif, Qara Qarayev və digər görkəmli şəxsiyyətlərə bağlı sanballı tədbirlər reallaşdırıb.

“Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxanası ilə birgə türk dünyasının görkəmli şəxsiyyətləri olan Yunus Əmrəyə, Məxtimqulu Fərabiyə, Abdulla Tukaya, Əhməd Zəki Validiyə, Çingiz Aytmatova, Yusuf Balasaqunluya və başqalarına həsr olunmuş belə tədbirləri Bakıda böyük uğurla keçirmişik. 2019-cu ildə Azərbaycan Milli Kitabxanası ilə Bişkekdə, Astanada, Daşkənddə, Bakıda və digər şəhərlərdə Nəsimiyə həsr olunmuş tədbirlər təşkil edəcəyik”, - deyə Düsen Kaseinov qeyd edib.

Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında 2019-cu ilin “Nəsimi ili” elan olunmasına görə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına və baş katib Düsen Kaseinova minnətdarlığını bildirib. Nazir vurğulayıb ki, belə tədbirlər uzun müddət biri-birindən uzaq düşmüş türkdilli xalqları daha da yaxınlaşdırır, onların mədəniyyətini, ədəbiyyatını və adət-ənənələrini daha da doğmalaşdırır. Hər dəfə Bakıda, Ankarada, İstanbulda və digər türkdilli ölkələrdə belə tədbirlərdə iştirak etməklə ədəbiyyatlarımızın, mədəniyyətlərimizin və adət ənənələrimizin daha sıx inteqrasiyasına və qarşılıqlı zənginləşməsinə kömək etmiş oluruq, buna şərait yaradırıq.

Əbülfəs Qarayev deyib: “Dahi Azərbaycan şairi Nəsimiyə gəldikdə, deyə bilərəm ki, bu böyük filosof şair daha çox Azərbaycan, türk dilində yazıb yaratdığına görə onun şeirləri, əlyazma divanları bütün Şərqdə və Orta Asiyada hamının dillər əzbəri olub. Nəsiminin yaradıcılığı və şəxsiyyəti Azərbaycanda çox yüksək qiymətləndirilir və onun doğma xalqına yenidən qayıdışı xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1970-ci illərdə ulu öndər Heydər Əliyev böyük Nəsiminin 600 illik yubileyinin ilk dəfə dövlət səviyyəsində qeyd olunmasına və hətta bu yubileyin UNESCO-da da layiqincə keçirilməsinə nail olub. Sovet dövründə bu hadisə böyük mədəni inqilab hesab edilə bilərdi. Azərbaycan mədəniyyətinə, mili mənəvi dəyərlərimizə, o cümlədən Nəsiminin yaradıcılığına böyük önəm verən Prezident İlham Əliyev dahi şairin əsərlərinin ölkəmizdə dəfələrlə yüksək tirajla və nəfis bədii tərtibatla çap olunmasını təmin edib. Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi barədə tarixi sərəncamlar imzalayıb. Azərbaycan Prezidenti ölkəmizdə görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin, tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə dair hər il 10-dək belə sərəncam imzalayır və bununla da yubileylər həm ölkədə, həm də xaricdə geniş qeyd olunur”.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxışında Azərbaycanın görkəmli mütəfəkkiri, böyük şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlərin Ankara və İstanbul şəhərlərində təşkil edilməsindən iftixar hissi keçirdiyini bildirib və Nəsiminin əsərlərinin Türkiyədə sevilərək oxunduğunu deyib.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Haluk Dursun çıxış edərək Azərbaycan və türkdilli dövlətlər arasındakı qarşılıqlı ədəbi, mədəni əlaqələrdən, həmçinin Nəsiminin zəngin yaradıcılığı haqqında geniş söhbət açıb.

Çıxışlarda Nəsimi yaradıcılığının tanıtdırılmasının əhəmiyyətindən danışılıb. Cari ildə TÜRKSOY-un təşkil etdiyi tədbirlər çərçivəsində Nəsimi irsinə geniş yer ayrıldığı diqqətə çatdırılıb. Qeyd edilib ki, 2019-cu ilin “Nəsimi ili” elan olunması bütün türk dünyası üçün mühüm mədəniyyət hadisəsidir.

Mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Xalq artisti fəxri adı ilə təltif olunmuş TRT-nin xorunun dirijoru Elnarə Kərimovaya fəxri adın vəsiqəsini təqdim edib.

Sonra Nəsiminin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Tədbirin panel hissəsində Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Türk Şurası Ağsaqqallar Məclisinin üzvü, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, professor Mustafa İsen, professor Ahmed Bican Ercilasun Nəsiminin həyat və yaradıcılığına dair fikir və mülahizələrini bölüşüblər. Çıxışlarda İmadəddin Nəsimi yaradıcılığının ayrı-ayrı istiqamətləri ətraflı təhlil olunub.

Nizami Cəfərov çıxışında Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunmasının orta əsrlərin qüdrətli söz ustadı Nəsiminin yaradıcılığına yeni baxışın ortaya qoyulması, bu görkəmli şəxsiyyətin irsinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük məna kəsb etdiyini bildirib. O, Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlərin müəllifi olan Nəsiminin, xüsusilə poeziya və ədəbi dilin inkişafında əvəzsiz xidmətlər göstərdiyini, yaradıcılığının dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov Nəsimi yaradıcılığının Azərbaycan ədəbiyyatının inkişafındakı rolundan, onun dünya ədəbiyyatı xəzinəsinə gözəl poeziya nümunələri bəxş etməsindən, əsərlərinin Azərbaycandan, bütün Şərqdən və Orta Asiyadan başlamış dünyanın hər bir guşəsində sevilərək oxunmasından, filosof şair kimi məşhurlaşmasından danışıb. K.Tahirov diqqətə çatdırıb ki, Nəsimi Azərbaycanda fəlsəfi poeziyanın əsasını qoyanlardan biridir. O, təmiz Azərbaycan dilində çox axıcı dillə gözəl şeirlər yazıb. Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin təşəbbüsü Dilçilik İnstitutuna Nəsiminin adı verilib, Bakıda onun heykəli ucaldılıb, haqqında bədii film çəkilib. Azərbaycanda və bütün dünyada Nəsiminin yubileyi ilə əlaqədar keçirilən tədbirlər şairin daha geniş arealda tanınmasına və əsərlərinin geniş miqyasda nəşr olunmasına şərait yaradacaq.

Professorlar Mustafa İsen və Ahmed Bican Ercilasun İmadəddin Nəsimi yaradıcılığının orijinal üslubundan, bütün dövrlər üçün aktual olduğundan danışıblar.

Sonra nazir Əbülfəs Qarayev TÜRKSOY-un xatirə medalı ilə təltif olunub.

Tədbirin bədii hissəsində Qırğızıstanın Xalq şairi Kojogeldi Kuluyev və türkiyəli şairə İlter Yeşilay Nəsiminin şeirlərindən nümunələr səsləndiriblər. Azərbaycanın Əməkdar artisti Feyruz Səxavət Nəsiminin qəzəllərini muğam üstə ifa edib.

Sonra Qazaxıstan əsilli aşıq Savbir Guseynov Nəsiminin qəzəllərini saz ilə səsləndirib.

Bu gün Ankarada Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin konsert salonunda mərasimin daha bir bədii hissəsi keçiriləcək.

Qeyd edək ki, bu silsilədən növbəti tədbir martın 7-də İstanbulda, Türkiyə Ədəbiyyat Vəqfinin toplantı salonunda təşkil olunacaq.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın "İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgəyaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib