Tuva Respublikasında yanğın nəticəsində 18 nəfər xəsarət alıb
Moskva, 6 mart, AZƏRTAC
Rusiyanın Tuva Respublikasında istilik-elektrik stansiyasında qəza baş verib.
AZƏRTAC xəbər verir ki, respublikanın Şaqonar şəhərindəki elektrik stansiyasının istixanasında partlayış və yanğın olub. İlkin məlumata görə, 18 nəfər xəsarət alıb. Hazırda yanğın məhdudlaşdırılıb.
Stansiyada növbə çəkən 21 nəfərdən 18 nəfəri müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Tuva Respublikasında regional səviyyəli fövqəladə vəziyyət elan olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]