ÜÇÜNCÜ ÇAĞIRIŞ MİLLİ MƏCLİSİN YAZ SESSİYASI MARTIN 1-DƏ İŞƏ BAŞLAYACAQDIR
Sessiyanın ilk iki iclasının gündəliyinə Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının təşkili, 2006-cı ilin yaz sessiyasının qanunvericilik işləri planının təsdiqi, “Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında Şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə Kredit haqqında Sazişin (xüsusi əməliyyatlar) təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında Şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə Kredit haqqında Sazişin (adi əməliyyatlar üzrə) təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Prezidenti və Latviya Respublikası Prezidenti arasında Birgə Bəyannamənin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Konstitusiya Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavə edilməsi barədə”, “Televiziya və radio yayımı haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında”, “Salyan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” və digər qanun layihələri daxil edilmişdir.