UEFA Avropa Liqasının 2017-2018-ci il mövsümünün final oyunu Lionda keçiriləcək
Bakı, 10 dekabr, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasının 2017-2018-ci il mövsümünün final qarşılaşması Fransanın Lion şəhərində keçiriləcək.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, bu barədə qitə futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Qitə miqyaslı turnirlərin final oyununa ilk dəfə ev sahibliyi edəcək “Stad de Lion” 58 min tamaşaçı tutumuna malikdir. 2019-cu ildə qadınlar arasında dünya çempionatının açılış mərasiminin və final matçının da bu stadionda keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, UEFA Avropa Liqasının 2016-2017-ci il mövsümünün final qarşılaşması mayın 24-də İsveçin paytaxtı Stokholmdakı “Friends Arena” stadionunda oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]