UEFA Çempionlar Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 13-də futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin birinci turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun ikinci günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar qarşılaşıblar.
“E” qrupunda İngiltərə təmsilçisi "Liverpul" doğma meydanda İspaniyanın "Sevilya" (2:2), Sloveniyanın "Maribor" klubu isə evdə "Spartak" ilə (Rusiya) heç-heçə edib (1:1).
“F” qrupunda isə “Mançester Siti” (İngiltərə) "Feyenoord"u (Hollandiya) (4:0), "Şaxtyor" (Ukrayna) isə "Napoli"ni (İtaliya) məğlub edib (2:1).
İstanbulun "Beşiktaş" klubunun yer aldığı “G” qrupunda isə Türkiyə təmsilçisi səfərdə Portuqaliyanın "Portu"nu məğlub edib - 3:1. "Monako" (Fransa) isə "Leyptsiq" komandası ilə qarşılaşdığı Almaniya səfərində bir xal əldə edib (1:1).
“H” qrupunda isə "Tottenhem" (İngiltərə) klubu "Borussiya"ya (Dortmund, Almaniya) (3:1), İspaniyanın Real Madrid komandası isə APOEL-ə (Kipr) qalib gəlib (3:0).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]