UEFA KUBOKU BAŞQA CÜR KEÇİRİLƏCƏK
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu turnirin indiki şəkildə Avropanın əsas klub turniri olan Çempionlar liqası ilə rəqabət aparmaq iqtidarında olmadığı göz qabağındadır. Bununla belə, UEFA Kuboku uğrunda indiki yarışlar onun böyük imkanlara malik olduğunu əyani surətdə sübut etmişdir. Belə ki, 2003-2004-cü il yarışlarının 1/8 finalına “Barselona”, “Valensiya”, “Nyukasl”, “İnter”, “Roma”, “Seltik” kimi komandalar çıxmışlar. Çempionlar liqası yaradılanda əsas ideyalardan biri də bu idi ki, adlı-sanlı futbolçular böyük gəlir gətirməlidirlər. İndi bu ideyaları əhəmiyyətinə görə ikinci yerdə gedən Avorpa klub turnirinə aşılamaq lazımdır.
İclasda qarşıdakı mövsüm üçün reqlament də təsdiq edilmişdir. Xatırladaq ki, təklif edilmiş yeni formatda yarışların qrup mərhələsini 40 komandanın iştirakı ilə keçirmək nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:07]
Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]