İDMAN
UEFA Millətlər Liqası: Altıncı turda doqquz qarşılaşma keçirilib
Bakı, 20 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 19-da UEFA Millətlər Liqasının 6-cı turunda növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, turun ikinci günündə 9 qarşılaşma olub.
Turun mərkəzi qarşılaşması Almaniyada oynanılıb. A Liqasının 1-ci qrupunda Almaniya doğma meydanda Hollandiya ilə üz-üzə gəlib. Bundestim görüşün əvvəllərində iki qolla öndə olsa da, sonlara doğru qapısından eyni sayda top buraxaraq, qələbəni əldən verib. Bu heç-heçə nəticəsində Hollandiya qrup qalibinə çevrilib və pley-offa yüksəlib. Almaniya isə hələ ötən turdakı sonuncu yerin sahibi kimi B Liqasına enib.
C Liqasının 3-cü qrupunda Bolqarıstan Sloveniya ilə heç-heçə edib - 1:1. Qolu "Xəzər Lənkəran"ın sabiq futbolçusu Qalin İvanov vurub.
Turun digər oyunlarında növbəti nəticələr qeydə alınıb:
A Liqası 1-ci qrup
Almaniya - Hollandiya - 2:2
B liqası 1-ci qrup
Çexiya - Slovakiya - 1:0
B liqası 4-cü qrup
Danimarka - İrlandiya - 0:0
C liqası 3-cü qrup
Bolqarıstan - Sloveniya - 1:1
Kipr - Norveç - 0:2
D liqası 1-ci qrup
Andorra - Latviya - 0:0
Gürcüstan - Qazaxıstan - 2:1
D liqası 4-cü qrup
Makedoniya - Cəbəllütariq - 4:0
Lixtenşteyn - Ermənistan - 2:2