UEFA YIĞMA KOMANDALARIN REYTİNQİNİN HESABLANMASI QAYDASINI DƏYİŞİR
AZƏRTAC xəbər verir ki, Moskvada UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilmiş, milli yığmaların reytinq xallarının hesablanmasının yeni qaydası təsdiq edilmişdir.
Həmin reytinqdən seçmə yarışların və Avropa çempionatlarının final raundunun püşkatma mərasimində səbətlər üzrə bölüşdürülmək üçün istifadə edilir. Bundan sonra reytinqdə balların sayı yalnız bu və ya digər matçın nəticəsindən və onun keçirildiyi mərhələdən deyil, həm də vurulmuş və buraxılmış topların sayından asılı olacaqdır.
Bununla bərabər, məsələn, 2012-ci il Avropa çempionatının final turnirinin püşkatma mərasimində komandaların reytinqi son altı il ərzində rəsmi matçlarda, yəni AÇ-2008 və DÇ-2010-un seçmə və final turnirlərində çıxışların, habelə AÇ-2012-nin kvalifikasiya olyunlarının yekunlarına əsasən müəyyən ediləcəkdir. Daha sonrakı görüşlərin əmsal çəkisi, indiki kimi, daha erkən görüşlərdən çox olacaqdır.
UEFA-nın rəsmi saytı bildirir ki, yeni sistem milli komandaların əsl qüvvəsini daha dəqiq əks etdirəcəkdir, çünki istər kvalifikasiya oyunlarında, istərsə də Avropa və dünya çempionatlarının final mərhələlərində onların çıxışlarının nəticələrini hesaba alır. Təkmilləşdirilmiş sistem turnirin hər iki mərhələsində tarazlığın və idman ədaləti prinsiplərinin dəstəklənməsində mühüm vasitə olacaqdır.
Yeni sistem AVRO-2008-in final raundundan sonra tətbiq ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [23:30]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]