UFAZ-da Xocalı soyqırımı haqqında film nümayiş olunub
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən “Xocalı - bir millətin kədəri” adlı sənədli film nümayiş etdirilib.
Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib.
Qeyd olunub ki, sonra ssenari müəllifi, britaniyalı jurnalist İan Piert film haqqında təəssüratlarını bölüşüb.