UĞURLARDAN DANIŞILMIŞ, NÖQSANLAR QEYD OLUNMUŞDUR
Əhalinin sosial ehtiyaclarının həlli istiqamətində görülən işlərdən danışan natiqlər qeyd etmişlər ki, keçən il təhsil, səhiyyə və mədəniyyət sahələrində geniş təşkilati tədbirlər həyata keçirilmiş, orta məktəblərin maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir. Əhaliyə göstərilən səhiyyə xidməti sahəsində başlanan kompleks tədbirlər uğurla davam etdirilir.
Açıq dialoq, tənqid və özünütənqid şəraitində keçən yığıncaqda uğurlarla yanaşı, nöqsanlardan da söz açılmış, bəzi idarə və müəssisə rəhbərlərinə ciddi xəbərdarlıq edilmişdir.
Yığıncaqda çıxış edən Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov son illər respublikamızın həyatında baş verən ictimai-siyasi hadisələrdən, aparılan iqtisadi islahatlar nəticəsində qazanılan uğurlardan və onların bundan sonra da davam etdirilməsində Gəncə ictimaiyyətinin qarşısında duran vəzifələrdən danışmışdır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müşavirəyə yekun vurmuşdur.
Yığıncaqda respublika Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.