“Uğurlu insan modeli” mövzusunda onlayn seminar keçirilib
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan İdman Könüllüləri İctimai Birliyi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “Uğurlu insan modeli” mövzusunda onlayn seminar keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, psixoloq Gülnar Yusifova daxili və xarici motivasiyadan, “aktiv mən” anlayışından bəhs edib.
Qeyd olunub ki, uğur qazanmaq üçün özümüzə kiçik hədəflər qoymalı, daxili aləmimizi daha yaxından tanımalı, səhvlərimizi təhlil edib başqa hansı problemlərlə qarşılaşa biləcəyimizi analiz etməliyik.
Seminarın sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb.