ÜHST Azərbaycanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə statusu təsdiqləyib
Bakı, 13 mart, AZƏRTAC
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) Azərbaycanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə statusunu təsdiq edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan epizootoloji nəzarət tədbirləri, monitorinqlər, laborator müayinələr və xəstəliyin ölkə ərazisində qeydə alınmamasını təsdiq edən məlumatlar əsasında hazırlanmış müvafiq hesabat ÜHST-yə təqdim edilib. Hesabat ÜHST-nin bu ilin fevral ayında keçirilmiş Heyvan Xəstəlikləri üzrə Elmi Komissiyasının iclasında ətraflı qiymətləndirilib və müsbət rəy verilib. Bununla da, Azərbaycanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə statusunun 2025-ci il üzrə illik təsdiqi həyata keçirilib.
Qeyd edək ki, həmin statusun saxlanılması ilə bağlı yekun qərarın ÜHST-nin 2026-cı ilin may ayında keçiriləcək Baş Assambleyasında qəbul ediləcək müvafiq qətnamə ilə rəsmiləşdirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.08.2026 [17:42]
Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO
- 10.08.2026 [16:17]