Uik-end ərzində Bakı trasını 85 minə yaxın tamaşaçı ziyarət edib
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan paytaxtında yürüş uik-endi başa çatdıqdan sonra Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov yarışın yekunlarını “F1News.ru”ya müsahibəsində şərh edib.
AZƏRTAC xəbər verir ki, Arif Rəhimov deyib: “Prinsipcə mən məmnunam. Biz artıq az-çox yekunlaşdırdıq və belə məlum oldu ki, uik-end ərzində trası 85 minə yaxın tamaşaçı ziyarət edib. Bu, təxminən ötənilkinə bərabərdir, lakin onu nəzərə almaq lazımdır ki, biz indi üç deyil, iki konsert keçirmişik.
Bildiyiniz kimi, avtomobil idmanı mədəniyyəti bizdə yetərincə yeni sahədir. Biz düşünürdük ki, insanlar ola bilər ki, konsertlərə görə də gəlirlər. Lakin biz onlardan birini istisna etdik və gördük ki, bu, tamaşaçıların sayına təsir etmədi. Bu, o deməkdir ki, insanları bilavasitə mədəni proqram deyil, yürüşün özü cəlb edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]