UKRAYNA GÖZƏLİ PRAQADA İKİ NOMİNASİYADA QƏLƏBƏ QAZANMIŞDIR
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, Praqada keçirilən ”Dünyanın eşitməyən gözəli” beynəlxalq gözəllik yarışında dörd nominasiyadan ikisində Ukrayna nümayəndəsi, 19 yaşlı Tatyana Prixodko qalib gəlmişdir. Ukrayna xalq rəqsinin ifasına görə “Tamaşaçı rəğbətini qazanan gözəl” adını alan Tatyana müsabiqənin “İkinci gözəl” tacına da layiq görülmüşdür.
Tatyana ukraynalı qızların dünya gözəlləri sırasına daxil olduqlarını bir daha sübut etmişdir. Artıq dördüncü dəfə keçirilən bu müsabiqədə onlar üç dəfə qalib gəlmişlər.
Praqa müsabiqəsində Avropa və Afrika ölkələrindən 12 qız iştirak etmişdir. “Dünyanın eşitməyən gözəli” titulu isə Afrika qitəsindən olan gözələ verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]