Ukrayna Polşa ilə birlikdə tank mərmiləri istehsal edəcək
Bakı, 6 aprel, AZƏRTAC
Ukraynanın Strateji Sənaye Sahələri Nazirliyi 125 millimetrlik mərmilərin istehsalı üzrə Polşa ilə razılığa gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə qurumun rəhbəri Aleksandr Kamışin özünün “Telegram” kanalında yazıb.
“Polşa ilə 125 millimetrlik tank mərmilərinin birgə istehsalına dair razılıq əldə olunub. Müvafiq memorandum Ukrayna dövlət holdinqinin baş direktoru və Polşa istehsalçısının rəhbərliyi tərəfindən Prezident Volodimir Zelenskinin Varşavaya rəsmi səfərinin gedişində imzalanıb”, - deyə Aleksandr Kamışin bildirib.
Aprelin 5-də Ukrayna Prezidenti Polşada Kiyev və Varşavanın yeni yardım paketi üzrə razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, Ukraynaya MiQ-29 təyyarələri, “Rosomak” zirehli transportyorları, “Piorun” zenit-raket kompleksləri və özüyeriyən “Rak” minaatanları tədarük olunacaq.
Qeyd edək ki, bir müddət öncə Varşava Kiyevə dörd MiQ-29 qırıcı təyyarəsi göndərib. Aprelin 5-də Polşa Prezidenti Anjey Duda Ukraynaya daha dörd təyyarə verildiyini bildirib. Bundan başqa, texniki xidmət keçən altı MiQ-29 təyyarəsi də yaxın zamanlarda Kiyevə göndərilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [22:11]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]