Ukrayna Rusiyanın 700-dək raketini zərərsizləşdirib
Kiyev, 15 mart, AZƏRTAC
2022-ci ilin sentyabrından, yəni Rusiya ordusu tərəfindən Ukraynanın kritik infrastrukturuna kütləvi raket hücumları başladıqdan bəri hava hücumundan müdafiə qüvvələri 700-dək raketi zərərsizləşdirib.
AZƏRTAC xəbər verir ki, bu rəqəmi Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuriy İqnat telemarafonun gedişində açıqlayıb. O vurğulayıb ki, Rusiya ordusu Ukraynanın mühüm infrastrukturuna zərbələr endirərkən böyük strateji raket ehtiyatından istifadə edib.
“Martın 9-da Ukraynaya kütləvi raket hücumundan sonra kamikadze-dronları nəzərə almasaq, artıq 700-ə qədər raket hava hücumundan müdafiə sistemi tərəfindən vurulub”, - deyə spiker bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]