Ukraynada 174 min kvadratkilometr ərazi mina və mərmilərlə çirklənib
Kiyev, 30 mart, AZƏRTAC
Rusiyanın hərbi təcavüzü nəticəsində Ukraynada 174 min kvadratkilometr ərazi mina və mərmilərlə çirklənib.
AZƏRTAC xəbər verir ki, bu rəqəmi Ukrayna Prezidenti Volodimir Zelenski Avstriya parlamentinə videomüraciəti zamanı səsləndirib.
"Ukrayna ərazisinin 174 min kvadratkilometri mina və partlamamış hərbi sursatlarla çirklənib. Çirklənmiş həmin ərazi iki Avstriya ərazisinə bərabərdir. Bunlar yüz minlərlə piyada və tank əleyhinə minalar, raket artilleriyasından atılan raketlər, aviasiya mərmiləri, digər mərmilər və partlamayan, tarlalarda ilişib qalan sursatlardır”, - deyə Zelenski bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, işğalçılar mülki binalara, bağlara, parklara partlayıcı maddələr yerləşdirib. Eyni zamanda, azad edilmiş ərazilərdə kamuflyajlı qumbaraatanlar demək olar ki, hər gün ukraynalıların həyatına son qoyur.
"Təəssüf ki, hər gün insanların ölümünə və şikəst olmasına səbəb olan partlayışlar barədə xəbərlər gəlir”, - deyə Volodimir Zelenski vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]