Ukraynada koronavirusa yoluxma halları yenidən kəskin artıb
Kiyev, 3 iyun, AZƏRTAC
Ukraynada koronavirusa yoluxma halları yenidən kəskin artıb. AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada Ukraynada 483 nəfər koronavirusa yoluxub, 8 nəfər isə ölüb, 362 xəstə tam müalicə olunaraq evə buraxılıb.
Bununla da Ukraynada koronavirusa yoluxanların sayı 24 min 823 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 735 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 10078-i müalicə olunaraq evlərinə buraxılıb.
Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan olunub. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]