Ukraynada koronavirusdan ölənlərin sayı 3200 nəfəri ötüb
Kiyev, 14 sentyabr, AZƏRTAC
Ukraynada koronavirusa yoluxma hallarında vəziyyət qənaətbəxş deyil.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 2462 nəfər koronavirusa yoluxub, 33 nəfər isə bu xəstəlikdən həyatını itirib. Ən çox yoluxma Xarkov, Ternopol, Odessa vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 156 min 797 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3211 nəfərdir, 69 min 543 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]