Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Bakıda Olimpiya lisenziyası qazanıb
Bakı, 5 aprel, AZƏRTAC
Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov Bakıdakı Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində yer alan idmançı macarıstanlı Kristan Vansa ilə qarşılaşıb.
Rəqibinə 5:4 hesabı ilə qalib gələn P.Nəsibov finala yüksəlməklə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Qeyd edək ki, Pərviz Nəsibov Tokio Olimpiadasının gümüş mükafatçısıdır.