Ukraynanın Baş nazirinin müavininin Azərbaycana səfəri nəzərdə tutulur
Kiyev, 5 aprel, AZƏRTAC
Ukraynanın Baş nazirinin müavini Aleksey Reznikovun Azərbaycana üçgünlük səfəri nəzərdə tutulur.
Ukrayna Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, aprelin 11-14-ə planlaşdırılan səfər çərçivəsində A.Reznikovun Azərbaycan hökumətinin rəsmiləri ilə görüşü keçiriləcək. Səfərin məqsədi Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlığın inkişafı üçün prioritetləri müzakirə etməkdir.
Eyni zamanda, müzakirələr zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində Ukrayna şirkətlərinin iştirakı nəzərdən keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]