Ukraynanın nüfuzlu KİV-ləri Ermənistanın hərbi təxribatları barədə məlumatlar yaymaqda davam edir




Kiyev, 7 oktyabr, AZƏRTAC
Ukraynanın nüfuzlu KİV-ləri Ermənistanın hərbi təxribatları, Azərbaycan Ordusunun uğurlu əks-həmləsi barədə məlumatlar yaymaqda davam edir.
AZƏRTAC xəbər verir ki, “RBK-Ukrayna”, UNİAN, “İnterfaks-Ukrayna”, Ukrinform informasiya agentliklərində, “Seqodnya”, QORDON nəşrlərində dərc edilən məqalələrdə, “TSN”, “Ukraina-24”, “1+1”, “Pryamoy” telekanallarında yayımlanan reportajlarda Ermənistanın münaqişənin həllində güzəştə hazır olması, Azərbaycanın yaşayış məntəqələrinin atəşə məruz qalması, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə raket hücumu barədə məlumatlar yer alıb.
Bundan başqa, Prezident İlham Əliyevin Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində söylədiyi fikirlər də Ukrayna mediasının diqqət mərkəzində olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev