Ukraynanın Sumı vilayətinin Rusiya ilə sərhədə yaxın 90 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilib
Kiyev, 11 fevral, AZƏRTAC
Ukraynanın Sumı vilayətinin Rusiya ilə sərhədə yaxın 90 yaşayış məntəqəsindən bütün uşaqlar təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, bunu Sumı vilayəti dövlət administrasiyasının rəisi Vladimir Artyux telemarafon efirində söyləyib. Onun sözlərinə görə, Sumı vilayətinin həmsərhəd zonalarından 777 uşaq təxliyə edilib. Tranzit mərkəzlərinə yerləşdirildikdən sonra onlara psixoloji və maliyyə yardımı göstərilir.
“Biz ilk növbədə uşaqların təxliyəsi ilə məşğul oluruq. Sərhədyanı 90 məntəqədən 777 uşaq təxliyə olunub”, - deyə Artyux bildirib.
O qeyd edib ki, sərhədyanı ərazilərdə yaşayan sakinlərin təxliyə olunması davam edir. Hazırda vilayətdə müvafiq tranzit mərkəzləri yaradılıb. Burada maliyyə və humanitar yardımlar göstərilir.
Rusiya ordusu dron və aviabombalardan istifadə etməklə Sumı vilayətinə zərbələr endirməyə davam edir. Sərhədyanı rayonlar və vilayət mərkəzi daim bu zərbələrə tuş gəlir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]