Ulu Öndər Azərbaycanda təhsilin inkişafında böyük dönüş yaradıb
Bakı, 10 may, AZƏRTAC
Azərbaycanda digər sahələr kimi, təhsilin inkişafı da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bu sözləri mayın 10-da ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn fəal gənc Nəzərbəy Hacıağayev AZƏRTAC-a müsahibəsində söyləyib.
O deyib ki, ümummilli lider Heydər Əliyev həmişə gənclərin elmə, savada yiyələnmələrinə, onların yüksək təhsil almalarına xüsusi diqqət yetirib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Məhz bu siyasətin nəticəsində bu gün Azərbaycan gəncləri dünyanın ən nüfuzlu universitetlərində təhsil alırlar. Bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinə əbədi töhfəsidir.