Ulu Öndərə ümumxalq məhəbbəti tükənməzdir
Bakı, 10 may, İbrahim Əsədov, AZƏRTAC
Heydər Əliyev ideyaları əbədiyaşardır. Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir.
Bu fikirləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov AZƏRTAC-a müsahibəsində bildirib.
Müdrik şəxsiyyət Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən danışan Ç.Bayramov qeyd edib ki, Ümummilli Lider müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur. Bu gün dünya ölkələri arasında özünə layiqli yer tutan Azərbaycan sürətlə inkişaf edir. Respublikamızda qazanılan bütün nailiyyətlər Heydər Əliyev siyasətinin bəhrəsidir. Ulu Öndərə ümumxalq məhəbbəti, ümumxalq sevgisi sonsuz və tükənməzdir.