Ulu Öndərin 100 illiyinə həsr olunmuş spartakiada təşkil edilib
Bakı, 22 fevral, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzinin tələbələri arasında Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş spartakiada, həmçinin "Dizayn və Slide show" yarışlarına start verilib.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, Peşə Təhsil Mərkəzinin idman zalında təşkil olunan yarışlar badminton, futzal, voleybol, qol güləşi idman növləri üzrə keçirilir. Spartakiadaya mayın 1-də yekun vurulacaq.