Ulyanovsk vilayəti Azərbaycan ilə əlaqələri genişləndirmək niyyətindədir
Moskva, 16 iyun, AZƏRTAC
Ulyanovsk vilayəti Azərbaycan ilə ticarət-iqtisadi əlaqələri genişləndirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiyanın Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix ilə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev arasında görüş olub.
Tərəflər ticarət-iqtisadi əlaqələri, birgə layihələrin icrası və yeni logistika imkanlarını müzakirə ediblər. R.Əliyev ölkəmizin Ulyanovskda Azərbaycanın ticarət evinin açılmasında, logistik imkanların genişləndirilməsində maraqlı olduğunu bildirib.
Görüşün yekununda qarşılıqlı biznes missiyalarının təşkili, Ulyanovsk istehsalçılarının Azərbaycanda keçirilən sərgilərdə iştirakı barədə razılıq əldə edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]
® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb
- 07.08.2026 [15:46]
® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib
- 07.08.2026 [15:44]
® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim
- 07.08.2026 [15:38]